“Barselona” öz meydanında “Leqanes”ə uduzub

16.12.2024

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Barselona” futbol üzrə İspaniya çempionatının 17-ci turu çərçivəsində öz meydanında “Leqanes”ə minimal hesabla uduzub.

“Report” xəbər verir ki, görüş Barselonadakı Olimpiya Stadionunda baş tutub.

Oyunda yeganə qolun müəllifi Serxio Qonsales olub. O, oyunun dördüncü dəqiqəsində “Leqanes”i önə çıxarıb.

“Barselona”nın hesabı dəyişmək cəhdləri uğursuz olub və klub öz meydanından məğlub ayrılıb.

İspaniya çempionatının turnir cədvəlinə 38 xalla “Barselona” başçılıq edir, eyni rəqəmlə əlavə göstəricilərə görə ikinci yerdə “Atletiko”, “Real Madrid” isə 37 xalla üçüncüdür.

Növbəti turda “Barselona” dekabrın 21-də “Atletiko Madrid”i qəbul edəcək.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью