Barselona öz yetirməsini transfer etmək üçün 30 40 milyon avro ödəməlidir

28.04.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

"Bayer"in futbolçusu Alexandro Qrimaldo "Barselona"ya keçə bilər.

Sportal.az xəbər verir ki, "Sky Sport"un məlumatına görə, Kataloniya klubu Leverkuzen "Bayer"inin sol cinah müdafiəçisini transfer etməkdə maraqlıdır.

"Bayer" futbolçunu 30-40 milyon avro qarşılığında buraxmağa hazırdır. Lakin Kataloniya klubu bu transferi həyata keçirmək üçün əvvəlcə heyətindəki bəzi oyunçuları satmalı olacaq.

Qrimaldo "Barselona" akademiyasının yetirməsidir və 2008-2016-cı illər arasında klub sistemində çıxış edib. O, cari Bundesliqa mövsümündə 29 oyuna çıxaraq 2 qol və 6 asistlə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью