Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 12 may, AZƏRTAC
İspaniyanın “Barselona” komandası qapıçısı Voytsex Şensnıyə yeni müqavilə təklif edib.
AZƏRTAC xəbər verir ki, bu barədə polşalı qolkiper özü açıqlama verib.
O, hələlik bu barədə qərar verməyə tələsmədiyini söyləyib: “Barselona” mənə ikiillik müqavilə təklif etdi. Ancaq bu qərarı ailəm verəcək. Özüm nəsə fikir bildirməmişəm. Bu barədə düşünmək istəmirəm”.
Qeyd edək ki, ötən il Kataloniya klubuna transfer olan Voytsex Şensnı 26 matçda meydana çıxıb.