Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Barselona" "Liverpul"un vingeri Luis Diazın transferi üzərində işləyir.
Apasport.az xəbər verir ki, Kataloniya nəhəngi uzun müddətdir ki, kolumbiyalı futbolçunu izləyir.
İddialara görə, “Barselona”nın marağı son vaxtlar daha konkretləşib, tərəflər arasında aktiv danışıqlar gedir. Yaxın günlərdə müzakirələrin yeni mərhələsi planlaşdırılır.
28 yaşlı futbolçunun özü də transferə hazırdır.
"Transfermarkt" Luis Diazın transfer dəyərini 85 milyon avro olaraq qiymətləndirir. Futbolçunun "Liverpul"la müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
"Bavariya" Premyer Liqada yeni cinah müdafiəçisi tapıb “Atletiko” ispaniyalı yarımmüdafiəçi ilə müqavilə yeniləyib - RƏSMİ Mövsümün qolunun müəllifi bəlli oldu: Yunus Akgün - VİDEO Rafinya daha 3 il “Barsa”da - RƏSMİ “Qalatasaray”ın sabiq baş məşqçisi Meksika klubunda - RƏSMİ