“Barselona” Premyer Liqadan transferə hazırlaşır

27.10.2026

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

“Barselona” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisi “Tottenhem”in yarımmüdafiəçisi Lukas Berqvalı transfer etmək istəyir.

İspaniya nəhəngi 20 yaşlı isveçli futbolçunun keçidi üçün artıq hərəkətə keçib. Lakin “Barselona” bu transferdə rəqabətlə üzləşə bilər. Belə ki, İtaliyanın “Napoli” klubu da Berqvalın xidmətində maraqlıdır.

Qeyd edək ki, İsveç millisinin üzvü 2024-cü ildə “Yurqorden”dən “Tottenhem”ə transfer olunub. “Brommapoykarna” klubunun yetirməsi olan yarımmüdafiəçinin London təmsilçisi ilə müqaviləsi 2031-ci il iyunun 30-dək qüvvədədir.

Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb” “Qalatasaray”a uduzdular, Kartal çempionluqdan danışdı Keyn “Qızıl top”un sahibi oldu - 25 illik həsrətə son qoydu Keyn Londonda mükafatlandırıldı İlin ən yaxşı kollektivi açıqlandı - ARDICIL İKİNCİ DƏFƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью