“Barselona“ prezidenti Bakıya gəlir KONKRET

15.11.2024

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta Bakıya gəlir.

KONKRET.az xəbər verir ki, Laporta Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.

Laportanın səfəri noyabrın 16-na planlaşdırılıb.

Qeyd edək ki, COP29 noyabrın 11-dən 22-dək Bakıda keçirilir.

Xatırladaq ki, Laportanın 2003-2010-cu illərdə “Barselona”ya rəhbərliyi dövründə komanda dörd dəfə La Liqanı, iki dəfə Çempionlar Liqasını qazanmaqla ümumilikdə 12 kuboka sahiblənib. 2009-cu ildə isə “Barselona” il ərzində altı kubok qazanıb və rekorda imza atıb.

Laporta 2021-ci ilin martın 7-də yenidən “Barselona”nın prezidenti seçilib./oxuaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью