Barselona prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi

17.11.2024

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

"Report"un məlumatına görə, 62 yaşlı funksioner abidənin önünə əklil və gül dəstələri qoyub.

Ulu Öndərin əziz xatirəsi böyük ehtiramla yad edilib.

Qeyd edək ki, Kataloniya təmsilçisinin rəhbəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə dünən Azərbaycana gəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью