Barselona problemini həll etdi: Olmonu qeydiyyatdan keçirə biləcək?

04.01.2025

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Barselona" maliyyə feyr-pley problemlərini həll edib.

Publika.az xəbər verir ki, klub mövsümün ikinci hissəsi üçün yarımmüdafiəçi Dani Olmo və hücumçu Pau Viktoru qeydiyyatdan keçirməyə görə La Liqadan icazə alıb. "Barsa "artıq İspaniya Kral Futbol Federasiyasından (RFEF) rəsmi cavab gözləyir. Bu barədə RAC1 məlumat yayıb.

Daha əvvəl La Liqa və RFEF sözügedən oyunçuların qeydiyyatdan keçirməkdən imtina etmişdi. Buna səbəb isə “Barselona”dakı maliyyə problemləri idi. Klub rəhbərliyi "Kamp Nou" stadionunun VİP tribunalarını 100 milyon avroya satmaqla bu problemi həll edib.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью