Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.
“Barselona”nın qapıçısı İnyaki Penyanın gələcək karyerası ilə bağlı qeyri-müəyyənlik davam edir.
İdmanxeber.az xəbər verir ki, 26 yaşlı qolkiperə “Komo” və “Elçe” maraq göstərsə də, hələlik rəsmi təklif yoxdur. Əgər bu durum dəyişməsə, futbolçunun kataloniyalılarla müqaviləsini 2029-cu ilə qədər uzatması gözlənilir.
Penyanın hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır.