“Barselona“ qapıçısını icarəyə göndərdi

04.08.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

"Barselona"nın təcrübəli qapıçısı Mark-Andre ter Ştegen karyerasında yeni səhifə açaraq Niderlandın "Ayaks" klubuna transfer olunub.

Moderator.az xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Rəsmi açıqlamaya əsasən, 34 yaşlı almaniyalı qolkiper cari mövsümün sonuna qədər icarə əsasında Niderland klubunun şərəfini qoruyacaq.

Xatırladaq ki, ulduz futbolçu Mark-Andre ter Ştegenin Kataloniya təmsilçisi "Barselona" ilə qüvvədə olan müqavilə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью