Barselona Qavinin durumunu açıqladı

24.08.2026

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Barselona" La Liqanın 2-ci turunun "Elçe"yə qarşı keçirilən matçında (5:0) meydanı vaxtından əvvəl tərk edən Qavinin səhhəti haqqında məlumat yayıb.

Sportal.az xəbər verir ki, Kataloniya klubunda aparılan tibbi müayinədən sonra futbolçunun sağ dizindən zədə aldığı bildirilib. Həkimlər ciddi xəsarət aşkar etmədikləri üçün ispaniyalı yarımmüdafiəçinin yaxın vaxtlarda komanda ilə birlikdə məşqləri bərpa edəcəyi gözlənilir.

​Qavi rəqiblə toqquşmadan sonra zədələnib və görüşün 45-ci dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, Qavi "Barselona"nın yetirməsidir. 21 yaşlı futbolçu əsas komandada 167 oyun keçirib, 10 qol vurub və 18 məhsuldar ötürmə edib.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью