Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
"Barselona"nın "Mançester Siti"nin sol cinah müdafiəçisi Yoşko Qvardiola maraq göstərdiyi bildirilib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.
Məlumata görə, Kataloniya klubu xorvatiyalı futbolçunun vəziyyətini daha əvvəl araşdırıb və onu müdafiə xəttini gücləndirmək üçün mümkün namizədlərdən biri kimi nəzərdən keçirib.
Lakin Qvardiol hazırda "Mançester Siti"nin əsas oyunçularından biridir və onun İngiltərə klubu ilə uzunmüddətli müqaviləsi var. Bu səbəbdən transferin reallaşması asan görünmür.
26 yaşlı müdafiəçi 2023-cü ilin yayında "Leyptsiq"dən "şəhərlilər"ə keçib. O, İngiltərə klubunda həm mərkəz müdafiəçisi, həm də sol cinah müdafiəçisi mövqeyində çıxış edir.
"Barselona"nın isə müdafiə xəttində gələcək dəyişiklikləri nəzərə alaraq Qvardiolun vəziyyətini izləməyə davam etdiyi bildirilir.
Əlisahib İbrahimli