Barselona Rafinya ilə müqavilənin müddətini uzatdı

19.09.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkə.az xəbər verir ki, bu barədə "Barselona"nın direktoru Deko açıqlama verib.

Deko bildirib ki,"Rafinyanın müqaviləsinin uzadılması ilə bağlı hər şey həll olunub: "Dünən gecə onun müqaviləsini 2029-cu ilə qədər uzatmaq barədə razılığa gəldik".

29 yaşlı Rafinya 2022-ci ildən bəri "Barselona"da oynayır və klubla hazırkı müqaviləsi 2028-ci ilə qədərdir. Braziliyalı "katalonlar"la üç İspaniya liqa titulunu, bir İspaniya Super Kubokunu və bir Kral Kubokunu qazanıb. O, 2024/25 mövsümündə Çempionlar Liqasının ən çox qol vuran oyunçusu olub.

Rafinya əvvəllər Portuqaliyanın "Sportinq", Fransanın "Renn" və İngiltərənin "Lids" klublarında oynayıb. Qanad oyunçusu Braziliya millisində 41 oyun keçirib, 11 qol vurub və səkkiz məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью