Barselona Rafinyanı bu futbolçu ilə əvəzləmək istəyir

24.11.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Barselona" Rafinyanı bu futbolçu ilə əvəzləmək istəyir

“Barselona” klubu hücum xəttini gücləndirmək məqsədilə “Çelsi”nin futbolçusu Pedro Netonu transfer etmək niyyətindədir.

QOL.az xəbər verir ki, Kataloniya təmsilçisi komandanı tərk etmə ehtimalı olan Rafinyanın yerinə portuqaliyalı cinah hücumçusunu əsas namizəd olaraq dəyərləndirir. Məlumata görə, klubun idman direktoru da futbolçunun oyun tərzini bəyənir və bu keçidi dəstəkləyir.

Qeyd edək ki, Pedro Netonun London klubu ilə müqaviləsi 2031-ci ilə qədər qüvvədədir. Cari mövsümdə 16 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью