“Barselona” Rafinyanın müqaviləsini uzatdı

05.11.2026

Icma.az, Sherg.az saytına istinadən bildirir.

İspaniyanın “Barselona” klubu braziliyalı hücumçu Rafinya Diasla müqavilənin müddətini uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yeni sözləşməyə əsasən, 29 yaşlı futbolçu 2030-cu ilin yayına qədər Kataloniya təmsilçisində çıxış edəcək.

Rafinya 2022-ci ilin iyulunda “Barselona”ya transfer olunub. O, bu müddət ərzində komandanın heyətində 190 matç keçirib, 94 qol vurub və 62 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalı braziliyalı futbolçunun bazar dəyərini 70 milyon avro qiymətləndirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью