Barselona Rafinyasız qaldı

14.10.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Barselona"nın vingeri Rafinya zədə səbəbindən La Liqanın 9-cu turunda meydana çıxmayacaq.

Fanat.Az "Diario Sport"a istinadən xəbər verir ki, braziliyalı futbolçu "Jirona" ilə oyunu buraxacaq.

Çempionatın 6-cı turunda - "Ovyedo"ya qalib gəldikləri səfər matçında sağ bud nahiyəsindən xəsarət alan "sambaçı" Kataloniya təmsilçisinin dünənki məşqini yarımçıq tərk edib.

Qeyd edək ki, Rafinya cari mövsüm "Barselona"nın heyətində 7 matça çıxaraq 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью