Barselona Raşfordla bağlı qərarını verdi

07.02.2026

Icma.az bildirir, Fanat portalına istinadən.

"Barselona" ingiltərəli hücumçu Markus Raşfordla bağlı qərarını qətiləşdirib.

Fanat.Az xəbər verir ki, Kataloniya nəhəngi onu heyətdə saxlayacaq. 

"Diario Sport"-un məlumatına görə, klub idarəçiləri ətraflı analiz edərək onun komanda üçün son dərəcə faydalı  və Hans-Diter Flikin ideologiyasına mükəmməl uyğun olduğu qənaətinə gəlib.

"Barselona"rəhbərliyi oyunçunu 30 milyon avroya almaq seçimini aktivləşdirəcək. İspaniya çempionatının lideri Markusa üç illik müqavilə və ona uyğun maaş təklif edəcək.

Xatırladaq ki, Raşford kataloniyalıların heyətində icarə əsasında çıxış edir. Onun transfer hüququ "Mançester Yunayted"ə məxsusdur. 

28 yaşlı ingilis cari La Liqa mövsümündə 20 oyunda meydana çıxaraq 4 qol vurub və 6 assist edib.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью