“Barselona” “Real Madrid”i darmadağın ETDİ | Icma.az
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniyada qadınlar arasında çempionatın 10-cu turunda "Real Madrid" ilə "Barselona" üz-üzə gəlib.
"Unikal" xəbər verir ki, paytaxt təmsilçisi Kataloniya komandasına böyük hesabla məğlub olub - 0:4.
"Barselona"nın heyətində Patrisiya Quyyarro dubla (4-cü və 23-cü dəqiqə) imza atıb, Klaudiya Pina (39-cu) və Aleksiya Putellas (86-cı) isə hərəyə bir qol vurub.
Qeyd edək ki, çempionatın turnir cədvəlində “Real” 2-ci yerdədir (22 xal). “Barselona” isə liderdir (30 xal).
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu