Barselona Real oyununun baş hakimi açıqlandı

08.05.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

İspaniya La Liqasının XXXV turunda reallaşacaq "Barselona" - "Real" oyununun baş hakimi açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, maraqla gözlənilən qarşılaşmanı Alexandro Xose Hernandes idarə edəcək.

Bu, 41 yaşlı hakimin karyerasındakı dördüncü "El-Klasiko" olacaq. Xose Hernandes sonuncu dəfə 5 il əvvəl "böyük oyun"a təyinat alıb. Həmin görüşdə qapılara qol vurulmayıb.

Qeyd edək ki, "Barselona" - "Real" matçı mayın 11-də, Bakı vaxtı ilə saat 18:15-də başlayacaq. Kataloniyalılar 79 xalla turnir cədvəlinə başçılıq edir. 75 xala malik "Kral klubu" ikinci pillədə yer alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью