“Barselona” “Real”ı 5 0 məğlub etdi

07.03.2025

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Qadınlar arasında İspaniya kubokunda “Barselona” və “Real” arasında keçirilən ilk oyun başa çatıb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bu oyunda Kataloniya klubu “qaymaqlılar”ı 5:0 hesabı ilə məğlub edib.

"Blauqrana"nın hücumçusu Eva Payor het-trik edib.

“Barselona” və “Real” arasında cavab oyunu martın 12-də keçiriləcək.

“Blauqrana” qadınlar arasında İspaniya Kubokunun hazırkı sahibləridir. Bu turnirin son buraxılışının finalında "Barselona" "Real Sosyedad"la qarşılaşıb. Kataloniya klubu San Sebastyanlıları 8:0 hesabı ilə məğlub edib.

Qadınlardan ibarət “Barselona” bu yarışda qələbə sayına görə də rekordçudur. 

“Blauqrana” 10 dəfə İspaniya kubokunun qalibi olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью