“Barselona” “Real”ı öz əli ilə “diriltdi”

29.01.2026

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xabi Alonso baş məşqçi postundan qovulandan sonra hər kəsə elə gəlirdi ki, “Real” bu mövsüm nəsə qazanmaq şansını özü öz əli məhv etdi.

"Football-plus.az" xəbər verir ki, madridlilərin sequndanın autsayderi “Albasete”yə uduzaraq kubokda mübarizəni dayandırması belə təhlükəni bir qədər də artırdı. Düzdü, Alonso dərhal parlaq nəticə göstərə bilmədi, ancaq aydın idi ki, müəyyən ideayalar və sistem əsasında çalışan məşqçiyə işi yoluna qoymaq üçün hansısa zaman kəsiyi lazımdı. Təcrübəsiz Alvaro Arbeloanın baş məşqçi postuna gəlişi də fanatlara nikbinlik bəxş etmirdi.
Ancaq “Real”la “Barselona” 20-ci turun oyunlarını keçirdilər və madridlilərin liderdən geriliyi 1 xala endi. Artıq çempionluğun taleyi ilə bağlı hesab-kitabın radikal şəkildə dəyişdiyini demək olarmı?
Əlbəttə, kağız üzərində “Real” üçün hər şey yaxşıdı. Elə həmin “Barselona”dan fərqli Madrid nəhənginin 1/8 finala birbaşa vəsiqə qazanmaq şansı daha yüksəkdi. “Barsa”nın istənilən büdrəməsi də “ağ şimşəklər”i zirvəyə qaytaracaq.
Ancaq əslində “Real”ın problemləri heç yerə qeyb olmayıb. Komandaya hələ də oyun qurucusu olan dayaq yarımmüdafiəçisi lazımdı. Ruben Neveşin alınacağı haqda söhbətlər gəzir, ancaq hələ ki heç bir konkretlik yoxdu. Müdafiə xətti də tam komplektləşməyib. Vinisiusla bağlı münasibət problemi var.
Arbeloa qarşıdakı bir neçə ay ərzində ulduzlaşan və eqoistləşən kollektibi nəzarət altına almalıdı. Yarımcan “Levante” üzərindəki ev qələbəsi hələ heç nə demir. Uğurları həftədən-həftəyə daşımaq lazımdı. İndiki “Real” buna qadirdimi? Axı elə növbəti turda madridliləri La Liqanın ən güclü komandalarından sayılan “Vilyarreal”la səfər oyunu gözləyir. Bax, əsl sınaq bu olacaq.
“Barselona” son məğlubiyyətlə çempionluq yarışını gərginləşdirsə də, ədalət naminə kataloniyalıların bu nəticəni haqq etmədiyini deməliyik. Onlar “Real Sosyedad”la oyunda o qədər çox qol vəziyyətini boşa verdilər ki... Qapıçı Aleks Remironun inanılmaz oyunu və birmənalı qiymətləndirilməyən hakim qərarları heç 1 xal qazanmağa da imkan vermədi.
Flik oyunsonrası mətbuat konfransında hakimlərin üstünə şığıdı, ötən il elə həmin referinin elə həmin stadionda Levandovskinin qolunu mübahisəli qərarla saymadığını xatırlatdı. Əlbəttə, bu yöndə uzun-uzadı mübahisə etmək olar. Ancaq Xil Mansanonun rəhbərlik etdiyi hakimlər briqadasının həm ötən il polşalı ulduzun, həm də bu oyunda Lamin Yamalın qolunu ləğv etmək üçün formal əsası var idi. Elə Fermin Lopeslə Frenki de Yonqun qolunun sayılmaması da doğru qərardı.
Hətta üç qolun sayılmaması fonunda da “Barsa” əzəmətini göstərdi və ən azı 4 qol vurmalıydı. Əlbəttə, kataloniyalıların da müəyyən problemləri var. Məsələn, onların rotasiya üçün mərkəz müdafiəçisi yoxdu, Kubarsi ilə Kunde açıq-aşkar yorulub, Rafinyanın yoxluğunda isə qol vəziyyətlərinin reallaşma faizi aşağı düşür.
Ancaq bu elə həmin möhtəşəm – inamla Superkuboku qazanan və ardıcıl 9 turda qalib gələn “Barselona”dı. Kataloniya nəhəngi məhz sistem sayəsində çempionluq yarışında aşkar favoritdi. Təkəm-seyrək uğursuz oyunlar hamıda olur, bu dəfə, sadəcə, “Barsa”nın bəxti gətirmədi.
“Real” isə qeyri-müəyyən perspektivləri olan problemli komanda kimi qalır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью