“Barselona” “Real”la matça necə hazırlaşır?

24.10.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Barselona” “Real”la matça necə hazırlaşır?

“Barselona”nın baş məşqçisi Hans Diter Flik “Real”la oyundan əvvəl rəqibin standart vəziyyətlərdəki performansından danışıb.

QOL.az xəbər verir ki, "Yahoo Sport" nəşrinin məlumatına görə, almaniyalı mütəxəssis mətbuat konfransında bu nüans üzərində işlədiklərini bildirib:

“Bu, “Real”ın güclü tərəfidir. Onlar bu komponentdə ən yaxşı komandalardan biridir. Bu gün məsələni müzakirə etdik və oyuna hazırlaşdıq. Parisdəki matçla müqayisədə müdafiədə daha yaxşı oynamalıyıq”.

Qeyd edək ki, “Barselona” oktyabrın 25-də “Real”ı qəbul edəcək. Flikin komandası həftə ərzində UEFA Çempionlar Liqasında PSJ-yə 2:4 hesabı ilə uduzaraq mövsümdə ilk məğlubiyyətini alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью