“Barselona“ rekord qırdı

14.10.2026

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib.

Moderator.az xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatına görə, Hans Flikin rəhbərlik etdiyi komanda 2026/2027 mövsümündə keçirdiyi 10 rəsmi matçın hamısında qələbə qazanıb.

Flikin rəhbərliyi altında Çempionlar Liqasında 27 oyun keçirən "Barselona" ümumilikdə 80 qol vurub. Bu, hər matça orta hesabla 2.96 qol deməkdir. Klubun məlumatına əsasən, eyni baş məşqçinin rəhbərliyi altında turnirdə ən azı 20 oyun keçirən komandalar arasında bu, ən yüksək göstəricidir.

"Barselona" cari mövsümün ilk 10 görüşündə 43 dəfə fərqlənib. Komanda sonuncu dəfə 1926/1927 mövsümündə ilk 10 matçda daha çox qol vurub. Həmin vaxt kataloniyalılar rəqib qapılarına 47 qol göndəriblər.

Qeyd edək ki, "Sabah" - "Barselona" qarşılaşmasının noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью