Barselona Reşford üçün yetirməsi ilə yollarını ayırmaq istəyir

16.01.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Barselona" "Mançester Yunayted"in futbolçusu Markus Reşfordu heyətinə qatmağa çalışır. 

QOL.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. 

Kataloniya klubu üçün ingiltərəli hücumçu prioritet hədəfdir. Baxmayaraq ki, daha öncə klub 1:1 maliyyə feyr-pley qaydalarına qayıdıb, "Barselona" futbolçu ilə razılıq əldə etməkdə çətinlik çəkir. Bunun üçün klub Reşfordun mövqesində oynayan futbolçusu Ansu Fati ilə yollarını ayırmaq niyyətindədir.

Qeyd olunur ki, "Mançester Yunayted"in futbolçusu özü də "Barselona"ya keçməkdə istəklidir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью