Barselona rəsmisi Şensnı ilə müqavilə müddətini uzadacaqlarını təsdiqləyib

22.06.2025

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

İspaniya təmsilçisi "Barselona"nın idman direktoru Deku qapıçıları Voytsex Şensnı ilə müqavilə müddətini uzadacaqlarını təsdiqləyib.

Xalqcebhesi.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı qolkiperlə 2 illik sözləşmə imzalanacaq.

Məsələnin rəsmiləşməsi üçün müəyyən sənədlər hazırlanır.

Qeyd edək ki, Voytsex Şensnı ötən il oktyabrda karyerasını bərpa etdikdən sonra "Barselona"ya transfer olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью