“Barselona” “Sabah”ı diqqətdə saxladı

18.11.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rəsmi saytında 2026-cı ilin sonuna qədərki oyun təqvimini yayımlayan “Barselona” klubu Çempionlar Liqasının əsas mərhələsində Azərbaycan təmsilçisi “Sabah”a qarşı keçirəcəyi görüşə xüsusi yer ayırıb.

Futbolpress.az xəbər verir ki, Kataloniya nəhəngi turnirin 5-ci turu çərçivəsində Bakıya edəcəyi səfəri avrokuboklarda komandanı gözləyən ən uzaq yolçuluq kimi xarakterizə edib. Klubun rəsmi açıqlamasında noyabrın sonundakı proqramla bağlı bu ifadələr yer alıb:

“Komanda noyabrın sonunda avrokuboklarda ən uzaq səfərə yollanacaq. “Barselona” Çempionlar Liqasının V turunda “Sabah”la qarşılaşmaq üçün Azərbaycana gedəcək. Görüş noyabrın 25-də, çərşənbə günü Bakıda keçiriləcək”.

Qeyd edək ki, “Barselona” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk rəsmi matçına noyabrın 22-də çıxacaq və La Liqanın 13-cü turunda doğma “Kamp Nou” stadionunda “Vilyarreal”ı qəbul edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью