Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində Bakıda "Sabah"ın qonağı olacaq İspaniyanın "Barselona" komandası oyuna ciddi itkilərlə çıxacaq.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Kataloniya təmsilçisinin heyətində 2 aparıcı futbolçu avrokubok matçını buraxacaq. Belə ki, müdafiəçi Andreas Kristensen və yarımmüdafiəçi Rodri zədə səbəbindən "Sabah"la görüşdə iştirak etməyəcəklər.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)