Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İspaniya La Liqasının 4-cü turunda “Barselona” səfərdə “Valensiya”nı böyük hesabla məğlub edib.
Redaktor.az xəbər verir ki, “Estadio Mestalla”da keçirilən qarşılaşmada Kataloniya təmsilçisi 5:0 hesablı qələbə qazanıb. “Barselona” oyunun əvvəlindən üstünlüyü ələ keçirib və artıq 6-cı dəqiqədə Lamin Yamalın qolu ilə hesabı açıb.
Yamal ilk hissədə daha bir dəfə fərqlənib. Lakin futbolçunun vurduğu ikinci qol VAR müdaxiləsindən sonra ofsayd səbəbilə ləğv edilib. Qərarın olduqca cüzi ofsayda görə verildiyi bildirilib.
“Barselona” ilk hissədə daha bir qol vuraraq fasiləyə 2:0 üstünlüklə yollanıb. 22-ci dəqiqədə Fermin Lopes rəqib qapısına yol tapıb.
İkinci hissədə də Kataloniya klubunun üstünlüyü davam edib. 50-ci dəqiqədə Rafinya hesabı 3:0-a çatdırıb. 79-cu dəqiqədə Pedri, 84-cü dəqiqədə isə yenidən Lamin Yamal fərqlənərək yekun nəticəni müəyyənləşdirib.
Beləliklə, Yamal qarşılaşmada iki rəsmi qola imza atıb, daha bir qolu isə VAR qərarı ilə qeydə alınmayıb.
“Barselona” topa sahibolmada da böyük üstünlük göstərib – 74 faiz. Kataloniyalılar qapıya 10 dəqiq zərbə endirdiyi halda, “Valensiya”nın bu göstəricisi 2 olub. Gözlənilən qollar (xG) göstəricisində də “Barselona” 3,87-0,67 hesabı ilə üstün olub.
Bu qələbədən sonra “Barselona” 4 turdan sonra 12 xalla La Liqanın turnir cədvəlində liderliyini qoruyub. Kataloniya klubu mövsümə keçirdiyi dörd oyunun hamısında qələbə qazanaraq maksimum nəticə göstərib.
“Valensiya” – “Barselona” 0:5
Qollar: Lamin Yamal, 6; Fermin Lopes, 22; Rafinya, 50; Pedri, 79; Lamin Yamal, 84.
Turan ASLAN