Barselona Şensnı ilə müqavilə müddətini daha 1 il artıra bilər

15.02.2025

Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır.

"Barselona" qapıçısı Voytsex Şensnı ilə müqavilə müddətini daha 1 il artıra bilər.

Manset.az Sport.es nəşrinə istinadən xəbər verir ki, bu barədə kataloniyalıların idman direktoru Deku bildirib.

O, polşalı qolkiperin vacib oyunçu olduğunu və razılaşacağı təqdirdə sözləşmə müddətini daha 1 il uzatmağın mümkünlüyündən danışıb.

Qeyd edək ki, V.Şensnı 2024-cü ildə "Yuventus"dan (İtaliya) ayrılaraq karyerasını başa vurduğunu açıqlamışdı. Daha sonra 34 yaşlı "əlcək sahibi" ötən ilin oktyabrında "Barselona" ilə cari mövsümün sonuna qədər müqavilə imzalayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью