Barselona Şesnı ilə müqavilə yeniləyəcək

06.06.2025

Apasport saytına istinadən Icma.az xəbər verir.

"Barselona" Voytsex Şesnı ilə müqavilə yeniləyəcək. 

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Kataloniya klubu və 35 yaşlı polyak qapıçı 2027-ci ilin yayına qədər yeni müqavilə bağlamaq barədə razılıq əldə ediblər. 

Xatırladaq ki, Mark-Andre ter Ştegenin ağır zədəsindən sonra Şesnı karyerasını bərpa edərək “Barselona” ilə müqavilə bağlamışdı.

Qolkiper La Liqada 15 oyun keçirib (8 oyunda qapısını toxunulmaz saxlayıb) və orta hesabla hər oyunda 0,8 qol buraxıb.

Yamal mövsümün ən yaxşısı seçildi “Arsenal”ın müdafiəçisi “Seltik” yolunda Əlcəzair millisinin üzvü “Siti”də “Latsio”dan göndərildi – “Torino”ya rəhbərlik edəcək "Reyncers"in yeni baş məşqçisi müəyyənləşib
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью