“Barselona” son 38 ildə ilk dəfə “Las Palmas”a məğlub oldu Yeni Çağ Media | Icma.az
Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Las Palmas” futbol klubu 38 ildən sonra ilk dəfə İspaniya çempionatında “Barselona”nı məğlub edib.
Yenicag.az xəbər verir ki, “Olimpiko” stadionunda keçirilən oyun 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
İlk qolu 49-cu dəqiqədə “Las Palmas”ın futbolçusu Sandro Rodriqes vursa da, tezliklə rəqib komandadan Rafinya hesabı bərabərləşdirib – 1:1.
Fabio Silva 69-cu dəqiqədə həlledici qolu vuraraq “Las Palmas”a qələbə qazandırıb.
Məğlubiyyətdən sonra “Barselona” hələ də İspaniya çempionatında birinci yerdə qalır, “Las Palmas” isə turnir cədvəlində daha yüksək pillələrdə qərarlaşıb və 14-cü yeri tutur.
www.yenicag.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu