Barselona son 6 ildə ilk dəfə bunu bacarıb

06.03.2025

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Barselona" Çempionlar Liqasının 1/8 finalında "Benfika"ya qalib gəlib (1:0).

Apasport.az xəbər verir ki, Kataloniya klubu Pau Kubarsinin meydandan qovulması ilə 22-ci dəqiqədən 10 nəfər qalsa da, qol vurmağı və qapısını toxunulmaz saxlamağı bacarıb.

2019-cu ildən bəri ilk dəfə "Barsa" Çempionlar Liqasının pley-off matçında qol buraxmır.

Kataloniyalı qapıçı Voytsex Şensnıy Lissabonda "Benfika"nın 8 zərbəsinin qarşısını alıb. Matçın yeganə qolunu Rafinya Diaz matçın 61-ci dəqiqəsində vurub.

Qeyd edək ki, qarşılaşmanın cavab oyunu martın 11-də baş tutacaq.

"Neftçi"nin tarixində ilk: Emin 200-cü oyuna çıxıb "Araz-Naxçıvan"ın futbolçusu milliyə çağırılıb İşıqlı gələcək üçün yenidən elitaya - "Mingəçevir"in Premyer Liqa şansları Elçin Məsiyev Avropa çempionatının final mərhələsinə təyinat alıb Sabiq "Tuluza"lı "Araz-Naxçıvan"da
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью