Barselona son dəfə 1987ci ildə bu vəziyyətə düşmüşdü

22.12.2024

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

"Barselona" antirekordunu təkrarlayıb.

Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi bu nəticəni La Liqanın 17-ci turunda öz meydanında "Atletiko"ya uduzaraq (1:2) reallaşdırıb.

"Blauqrana" İspaniya çempionatında evdə keçirdiyi ardıcıl üç matçda yenilib. 1965 və 1987-ci illərdə də eyni nəticə qeydə alınıb.

Qeyd edək ki, "Barselona" daha əvvəl "doğma divarlar arası"nda "Las Palmas"a (1:2) və "Leqanes"ə (0:1) məğlub olub. Hans-Diter Flikin çalışdırdığı kollektiv hazırda La Liqanın turnir cədvəlində 2-ci pillədə mövqe tutub. Sözügedən komanda 19 oyuna 38 xal toplayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью