Barselona son dəqiqə qolu ilə qalib gəldi, Atletiko uduzdu

20.04.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniya La Liqasında 32-ci tur davam edir.

QOL.az xəbər verir ki, bu gün çempionatda 4 matç keçirilib.

Lider “Barselona” evdə "Selta" ilə qarşılaşıb və əlavə olunmuş dəqiqələrdə vurduğu qolla qələbə qazanıb - 4:3.

"Atletiko" isə səfərdə "Las Palmas"a uduzub.

Hazırda 1-ci yerdəki "Barselona"nın 73 xalı (32 oyun) var. "Real" 66 xalla (31 oyun) 2-ci, "Atletiko" isə 63 xalla (32 oyun) 3-cüdür. 

İspaniya La Liqası, 32-ci tur

19 aprel

"Rayo Valyekano" - "Valensiya" - 1:1

Qollar: Tarreqa, 45-avtoqol - Sadiq, 75

"Barselona" - "Selta" - 4:3

Qollar: Torres, 12, Olmo, Rafinya, 68, 90+8-pen. - İqlesias, 15, 52, 62

"Malyorka" - "Leqanes" - 0:0

"Las Palmas" - "Atletiko" - 1:0

Qol: Munoz, 90+3

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью