Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Barselona"nın "Bayer"in müdafiəçisi Conatan Ta ilə danışıqların detalları bəlli olub.
QOL.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
28 yaşlı almaniyalı futbolçu Kataloniya klubunun 2025/26 mövsümü üçün ilk transferi olacaq. Tanın müqaviləsinin 5 illik olacağı bildirilir. Müdafiəçinin agenti "Barselona"nın idman direktoru Deku ilə artıq bu barədə razılıq əldə etdiyi bildirilir.
Qeyd edək ki, bu mövsüm Conatan Ta "Bayer"in heyətində 25 matça çıxaraq 2 qol vurub. Onun Almaniya klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir.