“Barselona” tarixi rekordu təkrarlayıb

14.10.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 14 oktyabr, AZƏRTAC

“Barselona” 1923/1924-cü illər mövsümündən bəri ilk dəfə mövsümün ilk 10 rəsmi oyununda qələbə qazanıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu nəticə Hans-Diter Flikin rəhbərlik etdiyi komandanın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda səfərdə Türkiyənin “Qalatasaray” klubunu 4:1 hesabı ilə məğlub etməsindən sonra qeydə alınıb.

Cari mövsümdə bütün turnirlərdə keçirdiyi 10 oyunun hamısında qalib gələn Kataloniya təmsilçisi bu qarşılaşmalarda 43 qol vurub, öz qapısında isə 9 top görüb.

Qeyd edək ki, “Barselona” İspaniya çempionatında turnir cədvəlinə başçılıq edir. Kataloniya klubu hazırda UEFA Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəlində də liderdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью