Barselona tarixində 100cü kubokunu qazanıb

13.01.2025

Icma.az bildirir, Report.az portalına istinadən.

İspaniyanın "Barselona" klubu tarixində 100-cü kubokunu qazanıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu, ötən gün İspaniya Superkubokunun finalında "Real"a qarşı oyunda gerçəkləşib.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan görüşdə 5:2 hesablı qləbə qazanan "Barselona" Kataloniyada keçirilən turnirlər nəzərə alınmadan tarixində 100-cü kubok qələbəsinə imza atıb.

İspaniya çempionatının 27 qat qalibi olan komanda ölkə kubokunı 31, Superkuboku 15, Eva Duarte Kubokunu 3, İspaniya Liqa Kubokunu 2 dəfə başı üzərinə qaldırıb. Bundan əlavə, Kataloniya təmsilçisi UEFA Çempionlar Liqasını 5, Kubok Kubokunu 4, Avropa Superkubokunu 5, Yarmarkalar Kubokunu 3, klublararası dünya çempionatını 3, Latin Kubokunu 2 dəfə qazanıb.

"Barselona"nın Kataloniya regional turnirlərində 33 qələbəsi var.

Qeyd edək ki, komanda hazırda La Liqanın turnir cədvəlində 38 xalla üçüncü pillədə qərarlaşıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью