Barselona Ter Ştegeni əvəzləməyəcək

14.11.2024

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Barselona"nın idman direktoru Deku zədəli olan Mark-Andre Ter Ştegenin yerinə yeni qapıçı transferinə münasibət bildirib. 

QOL.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o deyib: "Bizim prioritetimiz Ter Ştegendir. Onun hələ 3 illik müqaviləsi var. Biz heç kimi Ter Ştegenin yerinə transfer etməyəcəyik". 

Mütəxəssis "Portu"nun qapıçısı Dioqo Koşta ilə maraqlanmadığını qeyd edib: "Mən onun yerinə olsaydım, əmin olmazdım, "Barselona"da ikinci qapıçı olardım, ya yox. Biz onunla danışıqlar aparmırıq. Ona "Portu" ilə nailiyyətlər əldə etməyə arzulayıram". 

Qeyd edək ki, Mark-Andre Ter Ştegen zədə səbəbindən mövsümü erkən başa vurub. "Barselona" bu səbəbdən karyerasını yayda bitirmiş Voyçex Şensnı ilə bir illik müqavilə imzalayıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью