Barselona transfer mübarizəsində uğursuz oldu

27.11.2025

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Barselona" transfer mübarizəsində uğursuz olub. 

Ölkə.az Offsideplus.az-a istinadən xəbər verir ki, rəhbərliyin İngiltərə millisinin hücumçusu Harri Keyni transfer etmək cəhdi görünür ki, baş tutmayıb.

Məlumata görə, Keyn hazırkı vəziyyətindən razıdır və "Bayern Münhen" də qalmağa meyillidir.

Onun klubdakı sabit mövqeyi, oyun formu və ümumi şəraiti futbolçunu komandada qalmağa daha çox yönləndirir.

Bundan əlavə, yaxınlaşan Dünya Çempionatı da hücumçunun tələsik qərar verməsinin qarşısını alan əsas amillərdən biri kimi göstərilir.

Beləliklə, "Barselona"nın bu transfer planı reallaşmadı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью