Barselona transfer yarışında Real və Bavariyanı ötdü

06.12.2024

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Barselona" Leverkuzen "Bayeri"nin futbolçusu Conatan Tanı transfer etməyə yaxındır. 

QOL.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. 

Kataloniya klubunun idman direktoru Deku artıq 28 yaşlı almaniyalı müdafiəçi ilə görüşüb və danışıqlar müsbət yöndədir. Bildirilir ki, klub onu heyətinə azad agent statusunda cəlb etməyi planlaşdırır. Futbolçunun Leverkuzen təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. 

Qeyd olunur ki, Conatan Tanın meneceri Pini Zahavi həm də "Barselona"nın baş məşqçisi Hans-Diter Flikin meneceri olduğu üçün bu proses daha da tezləşə bilər. Flik özü isə futbolçunu böyük istəklə komandasında görmək istəyir. 

Daha öncə mətbuatda "Bavariya" və "Real"ın da Conatan Ta ilə maraqlanması bildirilirdi. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью