“Barselona” transferə hazırlaşır

14.08.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Espanyol”un qapıçısı Xoan Qarsiya “Barselona”ya keçməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, bu barədə COPE radiosu məlumat yayıb. Kataloniya klubu bir müddətdir davam edən danışıqlarda razılığa gəlib. “Barselona” qapıçı üçün 25 milyon avro ödəyəcək.

Xoanın yaxın günlərdə klubla rəsmi müqavilə imzalayacağı bildirilir.

İspan qapıçı La Liqada başa çatan mövsümdə 36 oyuna çıxıb və 49 qol buraxıb. O, 7 görüşdə qapısını toxunulmaz saxlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью