Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Barselona” Yuventus”un futbolçusu Kenan Yıldızı transfer etmək istəyir.
Metbuat.az xəbər verir ki, məqşçi Hansi Flik və prezident Joan Laportanın onun transferində israrlı olduqları bildirilir. “Fichajes”in məlumatına görə, İspaniya nəhənginin marağına baxmayaraq, “Yuventus” Kenan Yıldızı buraxmaq istəmir. “Yuventus”un futbolçu üçün 70 milyon avro tələb etdiyi irəli sürülür. Bildirilir ki, “Yuventus" Kenanı klubun layihəsi hesab edir və onu ucuz məbləğə göndərmək istəmir.
Qeyd edək ki, Kenan Yıldız “Yuventus”un heyətində 86 matçda 16 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.