Barselona üçün 80 milyonluq şok variant

06.06.2026

Icma.az bildirir, Fanat portalına istinadən.

Kataloniya nəhəngi "Barselona" hücum xəttini gücləndirmək üçün dünya şöhrətli iki forvard arasında seçim etməkdə çətinlik çəkir.

Fanat.Az İspaniyanın məşhur "Sport" nəşrinə istinadən xəbər verir ki, "göy-qırmızılılar"ın transfer siyahısında ilk iki pilləni Xulian Alvarez və Harri Keyn tutur.

Argentinalı Xulian Alvarez yaşı, taktikaya çevik uyğunlaşması və yüksək pres qabiliyyəti səbəbindən klubun əsas prioritet seçimi olaraq qalır. "Barselona" rəhbərliyi onun Lamin Yamal ilə hücumda mükəmməl bir tandem yaradacağına inanır. Lakin futbolçunun müqavilə ilə məxsus olduğu "Atletiko Madrid" bu transferi reallaşdırmaq istəyən Kataloniya klubunun işini xeyli çətinləşdirir.

Digər tərəfdən, Harri Keyn "Barselona" üçün maliyyə baxımından daha münasib bir variant kimi masadadır. "Bayern Münhen" ilə müqaviləsinin başa çatmasına cəmi bir il qalan ingiltərəli forvardın transfer qiymətinin təxminən 80 milyon avro civarında olacağı gözlənilir. Bu mövsüm aktivinə 61 qol yazdıran Keynin statistikası əla da, onunla bağlı bəzi şübhəli məqamlar var. Hücumçunun yaşı, Hansi Flikin yüksək presə əsaslanan oyun sisteminə uyğun gəlib-gəlməyəcəyi və "Bayern"dən ayrılmaq barədə qəti istək nümayiş etdirməməsi "Barselona" rəhbərliyini düşündürən əsas amillərdir.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью