Barselona üçün şad xəbər

28.11.2024

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Barselona"nın bir neçə futbolçusu zədələrini sağaldıblar.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspaniya təmsilçisinin futbolçuları Lamin Yamal və Ferran Torres artıq məşqlərə qayıdıblar. 17 yaşlı vingerin həftəsonu yaşıl meydanlara qayıtması gözlənilir. 

Müdafiəçi Ronald Arauxo isə məşqlərin bir hissəsinə qoşulmağa başlayıb. Onun yaxın zamanda tam bərpa olunması gözlənilir.

Qeyd edək ki, "Barselona" La Liqanın turnir cədvəlində 34 xalla 1-ci yerdədir. 2-ci yerdə 30 xalla "Real" qərarlaşıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью