Barselona üçün şad xəbər

10.12.2024

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Barselona"nın futbolçusu Ronald Arauxo zədədən bərpa olub. 

QOL.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı uruqvaylı müdafiəçi Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda keçiriləcək "Borussiya"ya qarşı matçın iştirak heyətinə əlavə edilib. O, oyunun gedişatından asılı olaraq bu mövsüm "Barselona"nın heyətində ilk oyununa çıxa bilər.

Qeyd edək ki, Ronald Arauxo bu yay zədələnib və bu mövsüm klubunun heç bir oyununda iştirak etməyib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью