Barselona ulduzunu satmağa qərar verdi

05.12.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Barselona"nın vingeri Rafinya Dias gələn yay klubu tərk edəcək. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Diario Sport" yayıb. 

Mənbənin məlumatına görə, kataloniyalılarla müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədər olan 29 yaşlı braziliyalı ulduz Səudiyyə Ərəbistanı Premyer Liqa klublarının hədəfindədir. Klub rəhbərliyi qarşıdakı dünya çempionatından sonra Rafinyanı Səudiyyə Ərəbistanı klubuna satmağa razılaşacaq. 

"Transfermarkt" Rafinyanın dəyərini 90 milyon avro qiymətləndirir.
 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью