“Barselona” uruqvaylı ilə müqavilə bağladı İdmanXəbər

24.01.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.

“Barselona” müdafiəçi Ronald Arauxo ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı futbolçunun klubla sözləşməsi 2031-ci ilə qədərdir. Daha əvvəl mətbuatda uruqvaylının “Yuventus”a keçməyə yaxın olduğu barədə məlumatlar yayılmışdı.

O, zədə səbəbindən cari mövsüm”Barselona”nın heyətində cəmi 3 oyuna çıxıb.

Arauxo 2018-ci ildən kataloniyalıların heyətində çıxış edir. “Transfermarkt” portalı futbolçunun dəyərini 55 milyon avro qiymətləndirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью