Barselona və Arsenal almaniyalı hücumçu ilə maraqlanır

02.11.2026

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Monako"nun hücumçusu Paris Brunner Avropanın bir neçə klubunun maraq dairəsinə düşüb.

Sportal.az xəbər verir ki, "Barselona", "Arsenal" və "Çelsi" almaniyalı forvardı transfer etmək istəyir. Bu barədə "El Nacional" məlumat yayıb.

Fransa klubu Brunneri yanvarda satmağın əleyhinə deyil. Onlar 20 yaşlı futbolçu üçün 50 milyon avro tələb edəcəklər.

Qeyd edək ki, "Monako" Paris Brunnerı 2024-cü ilin yayında "Borussiya"dan 4 milyon avroya transfer edib. Almaniya U-21 millisinin üzvü cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью