Barselona və Atletikodan əsrin rekordu

26.02.2025

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İspaniya Kubokunun yarımfinalında üz-üzə gələn “Barselona” və “Atletiko” əsrin rekorduna imza atıblar.

Bakıvaxtı.az “Opta Sport”a istinadən xəbər verir ki, komandaların şəxsi oyunlarda vurduğu qollar XXI əsrin rekordu olub.

Sonuncu dəfə 1997-ci ildə baş tutan görüşdə 8 və ya daha çox qol vurulmuşdu. Ölkə kubokunun 1/4 finalına təsadüf edən qarşılaşma “Barselona”nın 5:4 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Qeyd edək ki, "Barselona" - "Atletiko" matçında qalib müəyyənləşməyib - 4:4. Komandalar arasında yarımfinalın cavab görüşü aprelin 2-də Madriddə keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью