futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Qalatasaray”ın futbolçusu Aleksey Batrakov Avropanın nəhəng klublarının diqqət mərkəzindədir.
Futbolpress.az xəbər verir ki, “Barselona” və “Bavariya”nın skautları futbolçunu yaxından izləmək üçün İstanbula gələcək. Bu barədə “Takvim” nəşri məlumat yayıb.
Nümayəndələr noyabrın 24-də keçiriləcək “Qalatasaray” – “Aston Villa” matçını tribunadan izləyəcək.
Batrakov ötən yay “cim-bom”a keçib. Rusiyalı futbolçu Super Liqada 9 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.